Ayətullah Məkarim Şirazi bəyanat verərək müsəlmanları Azərbaycana dəstək verməyə çağırıb
Mьəllif: admin1
Tarix: 18-10-2020, 21:26
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi bəyanat verərək müsəlmanları Azərbaycana dəstək verməyə çağırıb
İran İslam Respublikasında yaşayan şiələrin təqlid mərcəsi Ayətullah Məkarim Şirazi, Dağlıq Qarabağ bölgəsindəki hadisələrə toxunan bəyanat yayıb.

Bəyanatda bildirilir: "Son günlərdə Dağlıq Qarabağdan gələn narahatedici xəbərlər yenidən ürəkləri və fikirləri İslamın bu ayrılmaz parçasına cəlb edib.

Bu məntəqənin illər öncə haqsızcasına işğalından sonra, yenidən müharibə alovu alovlanaraq, məzlum müsəlmanların qanı töküldü və bir çox insanlar yenidən öz evlərindən didərgin oldular.

Bütün bunların səbəbkarları işğalçılardır. Dünya müsəlmanları üçün Qarabağın azad olunmasına dəstək, Fələstin və işğalda olan digər müsəlman torpaqlarının azad edilməsinə dstək qədər vacibdir.

Biz də bu dəstəyi vurğulayırıq və istənilən vasitəçilik, danışıqlar və qərarların bu bölgənin tamamilə azad edilməsinə və İslam dünyasına qayıtmasına səbəb olmasını zəruri hesab edirik".

Bəyanatda daha sonra qeyd olunub: "Bu arada hörmətli Azərbaycan Respublikasının hökuməti Qurani Kərimin buyurduğu kimi "و لَا تَرْکَنُوا إِلَی الَّذِینَ ظَلَمُوا" qaydada hərəkət edərək, işğalçı və qəsbkar olanlardan, həmçinin, müsəlmanların qanının tökülməsi ilə razılaşan rejimdən kömək istəmək əvəzinə, həqiqi dostlarının köməyi ilə Azərbaycan xalqının hüquqlarını tələb etsin.

Bütün səmavi dinlər və peyğəmbərlərin kitablarında olan təlimlər, xüsusilə də həzrət İsa peyğəmbərin (Allahın salımı olsun ona, peyğəmbərimizə və ailəsinə) təlimində zülm və sitəmdən uzaq durmaq və məzluma yardım etmək qeyd olunub.

Yaxşı olar ki, bütün xristianlar Ermənistan dövlətinə öz öhdəliklərinə əməl etməsi üçün tövsiyələr verərək, bu səmavi dinin libasını zülmdən və işğalçılıqdan təmizləsinlər, dünya inanclılarının və Allaha itaət edənlərin qəlblərini bir-birinə yaxınlaşdırsınlar, zülm və sitəmin acı aqibəti barədə xəbərdarlıq etsinlər. Çünki Allah buyurub:

“Zülm edənlər (öləndən sonra) hansı dönüşə dönəcəklərini (aqibətlərinin necə olacağını) mütləq biləcəklər!” (Şüəra-227) Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun". (eastnews.org)

Qum- Nasir Məkarim Şirazi.

18 oktyabr.2020

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031