SEPAH komandiri: "Azərbaycan kömək istəyərsə, hazırıq"
Mьəllif: admin1
Tarix: 14-10-2020, 10:23
Bцlmə: Xəbərlər
SEPAH komandiri: "Azərbaycan kömək istəyərsə, hazırıq"
Rusiyada fəaliyyət göstərən jurnalist Xəyal Müəzzin SEPAH-ın sabiq generalı Rəhim Noyi Əqdəmdən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ haqqında müsahibə götürüb.

Müsahibəni sizə təqdim edirik: İnternetdə İran hərbi texnikasının Ermənistana dəstək məqsədi ilə göndərilməsi kadrları yayıldı.

Bu barədə nə deyə bilərsiniz? - Qərb KİV-ləri saxta məlumatlar yayaraq İranı bu münaqişəyə qatmağa çalışırlar. Bu, planlaşdırılmış işlərdir.

Onların məqsədi Tehran və Bakı arasındakı münasibətləri korlamaqdır ki, İrana düşmən hücumu halında qonşular arasında İslami vəhdət olmasın.

Qeyd etmək istəyirəm: əgər İran məğlub olarsa, növbəti hədəf Türkiyə olacaq. Bu, liberalizmin qələbəsinə gətirib çıxaracaq. Ümid edirəm ki, biz buna yol verməyəcəyik.

Hazırda bütün dünya Dağlıq Qarabağdakı hadisələri müzakirə edir. Siz də həmin torpaqlarda vuruşmusunuz. İndiki münaqişənin əvvəlkindən fərqi nədir? İran hansı mövqedədir? - Bizim Bakı ilə tarixi möhkəm qarşılıqlı əlaqələrimiz var və Tehranın fikri hər zaman birmənalı olub: Qarabağ torpağı Azərbaycana aiddir.

Mən digər könüllülərlə birlikdə birinci Qarabağ müharibəsində iştirak etmişəm. İran tərəfindən çox şəhidlər olub, onların məzarları hələ də Bakıdadır.

Həmin döyüşdə iştiraka görə minnətdarlıq əlaməti olaraq mənə (Azərbaycanın keçmiş prezidenti) Heydər Əliyev tərəfindən qılınc hədiyyə edilib.

90-cı illərdə o, məni yanına dəvət edərək İran lideri Ayətullah Xameneiyə bildirməyimi istədi ki, əgər Azərbaycanın mənim kimi 11 əsgəri olsa idi, onlar Qarabağı bir gecəyə azad edə bilərdilər. Təəssüf ki, sonradan Azərbaycan dövlət məmurları İranın müharibədəki rolunu təkzib etməyə başladılar.

Bu müharibə 1-cidən onunla fərqlənir ki, Azərbaycan daha güclü və təcrübəli olub. Bakı münaqişənin dinc yolla həlli üçün çox gözləyib. Lakin irəliləyiş görmədikdə müharibəyə getdi. Bu addım Azərbaycan siyasətinin suverenliyinin altını cızır, Qərb qüvvələrinin onun üzərindəki hakimiyyətini əldən verdiyini göstərir.

Siz problemin sülh, yoxsa hərbi yolla həllinin tərəfdarsınız? Tehran hər hansı bir şəkildə münaqişənin yoluna qoyulmasında iştirak etməyə hazırdır? - İran hər zaman regionda sülhün tərəfdarıdır və qan tökülməsinə qarşıdır. Lakin Bakı kömək üçün Tehrana müraciət edərsə, bizim könüllülərimiz hər zaman hazırdır.

İran ərazisinə Qarabağ tərəfdən artıq bir neçə təsadüfi mina düşüb. SEPAH hansı halda cavab tədbirlərinə əl atacaq? - Bizim prezidentimiz və XİN başçımız artıq xəbərdarlıq ediblər ki, İran üçün ilk növbədə xalqın təhlükəsizliyi durur. Düşən raketlərdən artıq 5 uşaq xəsarət alıb.

Biz ümid edirik ki, bu, təkrar edilməyəcək. Əks halda cavab birmənalı olacaq, çünki münaqişə tərəfləri hər şeyi etməlidirlər ki, onların hərəkətləri qonşu ölkələrin təhlükəsizliyini təhdid etməsin.

Qeyd edək ki, SEPAH komandiri Rəhim Noyi Əqdəm iranlı şəhid general Qasim Süleymaninin yaxın dostudur. O, Süleymani ilə birlikdə İraq və Suriyada vuruşub, 90-cı illərdə isə 1-ci Qarabağ savaşında iştirak edib.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930