İmam Hüseynin (ə) hərəminin xətibi vəfat etdi
Mьəllif: admin1
Tarix: 13-10-2020, 12:27
Bцlmə: Xəbərlər
İmam Hüseynin (ə) hərəminin xətibi vəfat etdi
İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının məddahı, xətibi tanınmış din xadimi Ayətullah Seyid Casim Ət-Təvircəvi oktyabrın 11-i Küveytdə vəfat edib.

Deyerler.org xəbər verir ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən Ayətullah Əl-Təvircəvi, 73 yaşında Küveytdəki Əl-Əmiri xəstəxanasında dünyasını dəyişib.

Ayətullah Casim Ət-Təvircəvinin ölümündən sonra İraqın baş naziri Mustafa Əl-Kazıminin əmri ilə cənazənin Nəcəfül Əşrəfə gətirilməsi üçün hərbi təyyarə göndərilib.

İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının xətibi ölümündən sonra Seyid Əmmar Əl-Həkim və sabiq baş naziri Nuri Əl-Maliki kimi şəxsiyyətlər onun ölümü ilə əlaqədar başsağlığı veriblər və müsəlman ümmətinin tanınmış bir xətibini itirdiyini vurğulayıblar.

Ayətullah Seyid Casim Ət-Təvircəvi dəfn olunmaq üçün oktyabrın 12-si Kərbəla şəhərinə gətirilib.

Mərhum Seyid Casim Ət-Təvircəvi çoxlu sayda Kərbəla xalqının iştirakı ilə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında dəfn edilib.

Digər tərəfdən, Seyid Casim Ət-Təvircəvinin ölümündən sonra Kərbəla qubernatoru bu şəhərdə iki günlük kütləvi matəm elan edib.

Seyid Casim Ət-Təvircəvinin İmam Hüseynin (ə) pak hərəminin həyətinin içindəki Əl-Şiraziyə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Seyid Casim Ət-Təvircəvi 1947-ci ildə Nəcəfül-Əşrəf şəhərində anadan olmuşdur. Ömrünü Əhli-Beytə (ə) xidmət etməklə keçirmiş və adı Əhli-Beytin (ə) xidmətçiləti arasında qeydə alınmış İmam Hüseyn (ə) minbərinin görkəmli natiqlərindən biridir.

O, 1962-1980-ci illərdə İmam Hüseynin (ə) hərəminin günbəzi altında rözə mərasimi keçirmişdir.

Nəcəf seminariyasında Şeyx İzzəddin Əl-Cəzairi və Şeyx Taha Əl-Bəsri kimi alimlərdən dərs almış.

1980-ci ildə, İraqdakı vəziyyət qarışıq olduğu, edam və həbslər Səddam rejimi dövründə ən yüksək səviyyədə olduğu zaman, Küveytə getmiş və orada yaxşı qarşılanmışdı. Bəəsçilərin Küveytə gəlişindən sonra 1990-cı ildə İrana getmişdi.

Seyid Əl-Təvircəvi İran, Suriya, Livan, Səudiyyə rejimi, Küveyt, Bəhreyn rejimi, Qətər və İngiltərədə rözə məclisləri qurmuşdur.

Seyid Əl-Təvircəvi Ayətullah Seyid Möhsün Əl-Həkimi mənəvi atası hesab edir və Nəcəfül Əşrəfin rəhbərliyi ilə daim təmasını qoruyur.

Ayətullah Seyid Məhəmməd Baqir Sədr də cümə gecələri Kərbəlaya gəlib və onun məclislərində iştirak edərdi.




Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031