Sionist mediası: “Ordu Hizbullahla qarşı-qarşıya gəlməyə yaxındır”
Mьəllif: admin1
Tarix: 12-10-2020, 20:28
Bцlmə: Xəbərlər
Sionist mediası: “Ordu Hizbullahla qarşı-qarşıya gəlməyə yaxındır”
Sionist mediası Hizbullahın rejimin hücumunda döyüşçülərindən birinin şəhid olmasına cavab olaraq İsrail rejiminin əsgərlərini öldürməyə çalışdığını və qarşıdurmanın hər zamankindən daha yaxın olduğunu iddia edib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İsrail rejimi ilə Hizbullah arasında gərginlik iyul ayında Təl-Əvivin Dəməşq hava limanı yaxınlığındakı ərazidə təşkil etdiyi hücumda Hizbullah döyüşçüsünün öldürülməsi ilə başlayıb və hərəkat hücuma cavab verəcəyini söyləyib.

Sionist mediya bunları qeyd edir: “Səksən gün sonra İsrail rejimi ilə Hizbullah arasında iyul ayında başlayan gərginlik, Livan və İsrail rejiminin sərhəd demarkasiyası danışıqları aparmaq qərarına gəlməsinə baxmayaraq davam edir. İsrail rejiminin hərbçiləri Hizbullahla üzləşməyin hər zamankindən daha yaxın olduğuna inanır”.

“İsrael Hayom” qəzeti əlavə olaraq, bunları qeyd edib: “İsrail rejimi Seyid Həsən Nəsrullahın bir sionist əsgərini öldürmək istədiyinə inanır və geri çəkilmir. Bu gərginlik dövründə İsrail rejiminin ordusu Hizbullah tərəfdaşlarının sərhədlərə yaxınlaşdıqları qeyri-adi hərəkətlərin şahidi olur.

Bu gərginliyin sonu bəlli deyil və sionist hesablamalar göstərir ki, Hizbullah bölgənin geniş qarşıdurmaya girməməsi üçün yalnız İsrail rejiminin hərbçilərini hədəfə almağa çalışır”.

Xatırladaq ki, Sionist rejim son həftələrdə əsgərlərini hədəfə alacağı təqdirdə cavabın Hizbullahla məhdudlaşmayacağını, və Livanın buna görə əvəz ödəyəcəyi ilə hədələyib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930