ABŞ Konqresinin nümayəndəsi İran üçün Trampı tənqid etdi
Mьəllif: admin1
Tarix: 11-10-2020, 10:25
Bцlmə: Xəbərlər
ABŞ Konqresinin nümayəndəsi İran üçün Trampı tənqid etdi
ABŞ Konqresinin müsəlman nümayəndəsi İlhan Ömər dünən ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları tənqid edərək, Donald Tramp və ABŞ dövlət katibi Mayk Pompeonun zalım olduğunu söyləyib.

İlhan Ömər "Tvitter"də etdiyi paylaşımda ABŞ-ın İrana qarşı yeni sanksiyalarını tənqid edərək "Bu sanksiyalar İran xalqı üçün qida və dərman tədarükünü daha da çətinləşdirəcək", - yazıb.

İlhan Ömər, həmçinin həmin sanksiyaların ABŞ-ın ən yaxın müttəfiqlərini daha da uzaqlaşdıracağını və ABŞ maraqlarına heç bir şey qatmayacağını da əlavə edib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930