Türkiyə Azərbaycanın qəbul etdiyi qərarları dəstəkləyəcək
Mьəllif: admin1
Tarix: 11-10-2020, 10:21
Bцlmə: Xəbərlər
Türkiyə Azərbaycanın qəbul etdiyi qərarları dəstəkləyəcək
İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan təxminən 30 ildir işğal altında olan torpaqlarını öz imkanları və iradəsi ilə geri qaytara biləcəyini Ermənistana və bütün dünyaya nümayiş etdirdi.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Ermənistan ilə Azərbaycan arasında əldə olunan humanitar atəşkəslə bağlı açıqlamasında bildirilib.

Açıqlamada, həmçinin deyilir: “Bu müddətdə bütün dünyadan bölgədə humanitar atəşkəslə bağlı tələblər gəlib. Azərbaycan da Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün son dəfə fürsət verib.

Humanitar tələblərə əsasən, əsirlərin dəyişdirilməsi və cəsədlərin götürülməsi məqsədilə elan edilən bu atəşkəs ilk vacib addımdır, lakin davamlı həll yolu deyil.

Türkiyə əvvəldən yalnız Azərbaycanın seçdiyi həll yollarını dəstəklədiyini bəyan edib. Bu fikirlə də meydanda və danışıqlar masası arxasında Can Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Qeyd edək ki, Çavuşoğlu ilə Bayramov arasında telefon danışığında Türkiyənin Azərbaycanın bütün qəararlarına dəstək verəcəyi də açıqlanıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930