Ali dini Rəhbər Ayətullah Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”
Mьəllif: admin1
Tarix: 6-10-2020, 12:58
Bцlmə: Xəbərlər
Ali dini Rəhbər Ayətullah Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”
“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.

“Report” İRİB-yə istinadən xəbər verir ki, bunu ali dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin xarici məsələlər üzrə müşaviri, İslam Respublikasının keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinə Azərbaycanla Ermənistan arasında yaranan gərginlikdən danışarkən bildirib.

“Beynəlxalq hüquqa əsasən ölkələrin ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşırıq. BMT üzvü olaraq bu məsələdə qətiyyətliyik.

Bir ölkənin torpağı başqa bir ölkə tərəfindən işğal edilib. Azərbaycanın Respublikasının 7 rayonu işğal olunub.

Bununla bağlı BMT Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul edilib. Bütün bunlar Ermənistanın işğal etdiyi torpaqları tərk edərək beynəlxalq səviyyədə tanınan sərhədlərinə çəkilməsini tələb edir”, - Əli Əkbər Vilayəti bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930