Ərbəin ziyarəti zamanı 10 min xidmət qrupu Kərbəlada zəvvarlara xidmət edəcək
Mьəllif: admin1
Tarix: 1-10-2020, 22:41
Bцlmə: Xəbərlər
Ərbəin ziyarəti zamanı 10 min xidmət qrupu Kərbəlada zəvvarlara xidmət edəcək
Ərbəin ziyarəti zamanı 10 min xidmət qrupu Kərbəlada zəvvarlara xidmət edəcək.

Maide.Az xəbər verir ki, İmam Hüseyn (ə) və Həzrə Əbəlfəzl (ə) hərəminin mokiblər üzrə katibliyinin sədr münavini Haşim Əl-Musəvi deyib ki, polis və hərəmin mokiblər idarəsində Kərbəlada zəvvarlara xidmət etmək üçün 10 min mokib qeydiyyatdan keçib.

“8800 mokib yürüş boyunca müxtəlif şəhərlərdə və Kərbəla əyalətinin daxilində zəvvarların yemək-içmək və məskunlaşmasını təmin etmək üçün (pulsuz yemək və yatmaq üçün yer) zəvvarlara xidmət göstərəcək. 12000 mokib isə əzadarlıq mərasimi təşkil edəcək”.

O deyib ki, xidmət qrupları müctəhidlərin göstərişini və koronavirusla bağlı Səhiyyə Nazirliyinin tələblərini yerinə yetirir.

Qeyd edək ki, Kərbəla şəhərindən kənar və şəhərin daxilində Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün könüllü qruplar və təhlükəsizlik qüvvələri birgə əməkdaşlıq edir.

Məlumata görə, zəvvarlara xidmət göstərəcək xidmət qrupları Kərbəla əyaləti üzrə polis və təhlükəsizlik qüvvələrinin hazırladığı xüsusi təlimatları yerinə yetirməli və təhlükəsizliyin təmini üçün təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməlidir.

Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Bu il Ərbəin miladi təqvim ilə 8 oktybar tarixinə təsadüf edir. Koronavirus səbəbiylə İraq hökuməti cari ildə digər ölkələrdən zəvvarların İraqa girişinə məhdudiyyət tətbiq edib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930