İraq hər ölkədən 1500 zəvvarın Ərbəin mərasimində iştirak etməsinə icazə verdi
Mьəllif: admin1
Tarix: 1-10-2020, 11:05
Bцlmə: Xəbərlər
İraq hər ölkədən 1500 zəvvarın Ərbəin mərasimində iştirak etməsinə icazə verdi
İraqın baş naziri Mustafa əl-Kazimi 30 Sentyabr 2020-ci il tarixində, hər xarici ölkədən 1500 zəvvarın İmam Hüseynin (ə) ƏRBƏİN mərasimində iştirak etməsinə icazə verib.

Maide.Az "Tasnim" saytına istinadla xəbər verir ki, bu barədə İraq Baş nazirinin sözçüsü Əhməd Molla Təlal məlumat verib.

"Ölkənin baş naziri Mustafa əl-Kazimi hər bir xarici ölkədən İraqda keçirilən ƏRBƏİN mərasiminə 1500 zəvvarın qatılmasına icazə verib.

Zəvvarlar yalnız hava yolları ilə İraqa səfər edə bilər. Zəvvarların Ərbəin yürüşünə qatılması üçün digər şərt budur ki, həmin ölkələr öz vətəndaşlarını İraqda sanitariya protokollarına riayət etmələri barədə məlumatlandırsın və həmin zəvvarlar da koronavirusla mübarizə qaydlarına əməl etsinlər və bu barədə məsuliyyətli olsunlar"

Qeyd edək ki, bundan öncə İraq hökuməti Ərbəin mərsimində iştirak etmək üçün digər ölkələrdən zəvvarların qatılmasını koronavirus səbəbiylə qadağan etmişdi.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031