Ümrə ziyarətinin qeydiyyatı üçün mobil tətbiq
Mьəllif: admin1
Tarix: 28-09-2020, 10:22
Bцlmə: Xəbərlər
Ümrə ziyarətinin qeydiyyatı üçün mobil tətbiq
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi COVID-19 pandemiyası şəraitində keçiriləcək Ümrə ziyarətinin qaydalarını açıqlamışdı və bu ziyarətdə məhdud sayda əcnəbi zəvvarların da iştirak edəcəyi bildirmişdi.

Maide.Az xəbər verir ki, bu qərarın ardınca Səudiyyə Ərəbistanın Həcc Nazirliyi bu müqəddəs ayində iştirak etmək istəyənləri qeydiyyata almaq üçün mobil tətbiq hazırlayıb.

Ümrə ziyarətində iştirak etmək istəyən Səudiyyə vətəndaşları və ya bu ölkədə yaşayan xarici müsəlmanlar "Umrah" mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər.

Bu aplikasiya artıq bir həftədir ki, istifadəçilərin ixtiyarına verilib.

Cari ilin Ümrə həcci altı min nəfər zəvvarın iştirakı ilə Oktyabr ayının 4-dən sanitariya protokolları çərçivəsində başlayacaq və dörd mərhələdə həyata keçiriləcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930