İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Mьəllif: admin1
Tarix: 21-09-2020, 10:35
Bцlmə: Xəbərlər
İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
İranın Tehran şəhərində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

İranda koronavirusa qarşı qərargahın rəhbəri Əli Rza Zali verdiyi açıqlama zamanı bildirib ki, son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb:

"Biz Tehranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudiyyətlərin geri qaytarılması üçün qərargah adından Səhiyyə nazirinə məktub göndərdik".

Qeyd edək ki, İranda 31 avqustda 1642 olaraq elan edilən gündəlik koronavirus yoluxması sentyabrda 671 fərqlə 2313 olaraq qeydə alınıb.

Ölkə daxilində koronavirusdan ölənlərin sayı 1 sentyabrda 101-ə düşüb, 6 sentyabrda isə 139-a yüksəlib.

Hal-hazırda Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkənin 31 əyalətindən 28-i və 182 şəhəri qırmızı və riskli bölgələr arasındadır.

İranda koronavirus olmadığı yaşıl zona olaraq xarakterizə edilən bölgə yoxdur.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930