Bu yerləri vurduq, amma Süleymaninin qisası deyil... - İran
Mьəllif: admin1
Tarix: 20-09-2020, 22:27
Bцlmə: Xəbərlər
Bu yerləri vurduq, amma Süleymaninin qisası deyil... - İran
İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami ABŞ-ın prezidenti Donald Trampa xəbərdarlıq edərək, “Şəhid general Süleymaniyə edilən sui-qəsdin qisasını qəti olaraq alacağıq” deyib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, general-mayor Hüseyn Səlami hərbi mərasimdə çıxış edərək belə deyib: “Şəhid general Süleymaninin şəhid olmasında birbaşa və ya dolayı yolla rol oynayanları hədəfə alacağıq”.

ABŞ rəsmilərinə səslənən general-mayor Səlami, belə deyib: “Şəhid qardaşımızın qanının əvəzinə Cənubi Afrikada bir qadın səfiri vuracağımızı düşünürsən?

Ciddi şəkildə öz daxili problemlərinizlə məşğul olduğunuz halda, bizi min dəfə daha ağır cavab verməklə təhdid edirsiniz.

Əynul Əsəd bazasını vurduğumuzda sizin bəlkə cavab verəcəyinizi düşündük. Bu səbəbdən reaksiya verməyiniz vəziyyətində təyin olunan hədəfləri məhv etmək üçün yüzlərlə raket də hazırladıq”.

Bu təhdidlərin ciddi olduğunu bildirən SEPAH-ın komandiri, belə davam edib: “Bu gün də eyni şeyi edəcəyik. Vətəndaşlarımızdan birinə kiçik bir zərər də gəlsə, cavabımız ağır olacaq”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930