Venesuela ABŞ təyyarəsini vurdu
Mьəllif: admin1
Tarix: 16-09-2020, 21:35
Bцlmə: Xəbərlər
Venesuela ABŞ təyyarəsini vurdu
Venesuela hərbçiləri ölkə sərhədini qanunsuz keçən ABŞ təyyarəsini vurub.

Bu barədə Venesuelanın Daxili İşlər naziri Nestor Reverol məlumat yayıb.

Onun sözlərinə görə, vurulan təyyarə göyərtədə narkotik daşıyıb.

Qeyd edək ki, 2013-cü ildə Venesuela Prezidenti Nikolas Maduro ölkənin hava sərhədlərini pozan narkotik mafiyalarının bütün təyyarələrini vurmağa icazə verib.

Sözügedən qərarın təşəbbüskarı isə Maduronun sələfi Uqo Çavez olub.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031