İraqın Həşd Şəbi qüvvələri İŞİD-in ölkəyə girməsinin qarşısını alır
Mьəllif: admin1
Tarix: 11-09-2020, 22:20
Bцlmə: Xəbərlər
İraqın Həşd Şəbi qüvvələri İŞİD-in ölkəyə girməsinin qarşısını alır
İraqın qərbindəki Ənbar vilayətində Həşd Şəbi qüvvələrinin komandiri, İŞİD ünsürlərinin İraq ərazisinə nüfuz etməsinin qarşısını almaq üçün təşkilat qüvvələrinin hazır olduğunu açıqlayıb.

Qasim Mosleh İraq-Suriya sərhədinə səfəri zamanı iki ölkənin ortaq sərhədindəki terrorçu ünsürlərin hərəkətlərindən bəhs edərək, İraq sərhədlərinin Həşd Şəbi qüvvələri sərhəd mühafizəçiləri tərəfindən idarə olunduğunu bildirib.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, Qasim Mosleh Həşd Şəbi və İraq sərhəd qüvvələrinin məlumat mübadiləsi və əməliyyat tədbirləri sahəsindəki hərəkətlərinin koordinasiyasını xatırladaraq, sərhəd bölgələrində terrorçuların hərəkətlərinin hər zaman izlənildiyini söyləyib.

Suriyanın Əl-Tanf bölgəsindən İŞİD ünsürlərinin İraqa sızması, ABŞ terror qüvvələrinin Suriyanın bu bölgəsini işğal etdiyi bir vaxtda baş verir.

Həşd Şəbinin komandirlərindən biri Hadi əl-Xorasaninin dediyinə görə, ABŞ qoşunları İŞİD ünsürlərini Suriyadan İraqa köçürməyə çalışır, təlimlər keçirir və yeni yollar təyin etmək üçün pilotsuz təyyarələrdən istifadə edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930