Nyu-York qubernatoru: “Koronavirusun yayılmasında Tramp təqsirkardır”
Mьəllif: admin1
Tarix: 10-09-2020, 22:16
Bцlmə: Xəbərlər
Nyu-York qubernatoru: “Koronavirusun yayılmasında Tramp təqsirkardır”
Nyu-York qubernatoru, ABŞ prezidentini bu əyalətdə koronavirusun yayılmasında günahlandıraraq, federal tibb müəssisələrini və ölkənin Daxili Təhlükəsizlik Nazirliyini səriştəsiz adlandırib.

Endryu Kuomo, Trampın KOVİD-19 ilə mübarizədəki hərəkətsizliyini daha da kəskin şəkildə tənqid edərək, Nyu-Yorkda yeni xəstəliyin yayılmasından məsuliyyət daşıdığını söyləyib.

Kuomo, Ağ Evin KOVİD-19 pandemiyasından təsirlənən ştatlara əlavə yardım verməkdən imtina etdiyi üçün Tarampı tənqid edib. "Tramp Nyu-Yorkda KOVİD-19 epidemiyasına səbəb oldu.

Bu faktı, o özü, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri “CDC”, və Entoni Fauçi qəbul edib. Trampı, koronavirusu “Çin virusu” olduğunu bildirdiyinə və avropalıların ABŞ-a girişinə qadağa qoymadığına görə tənqid edən qubernator, Tramp administrasiyasındakı tibb müəssisələrini, eləcə də Milli Səhiyyə İnstitutlarını və Daxili Təhlükəsizlik Departamentini səriştəsiz olduğunu söyləyib.

"Bu virus cənub sərhədləri üçün narahat olduğunuzdan daha çox amerikalıları öldürdü. KOVİD-19, ölkədə dünyanın hər hansı bir ölkəsindən daha çox insan itkisinə səbəb oldu.

Bunu kimin etdiyini bilirsinizmi? Bu Trampın səriştəsizliyidir! İndi də onlar yaratdıqları şərin nəticəsində dəyən ziyanı aradan qaldırmaq üçün federal büdcədən vəsait ayırmırlar", - deyə Kuomo bildirib.



Deyerler.org
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031