Ali Rəhbər fransız nəşrinin İslam Peyğəmbərini (s) təhqir etməsini pisləyib
Mьəllif: admin1
Tarix: 8-09-2020, 12:02
Bцlmə: Xəbərlər
Ali Rəhbər fransız nəşrinin İslam Peyğəmbərini (s) təhqir etməsini pisləyib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei yaydığı müraciətdə fransız nəşrinin bu yaxınlarda İslam Peyğəmbərini (s) təhqir etməsini pisləyib.

Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, Ali Rəhbərin müraciətində deyilir:

“Allahın adı ilə!

Bir fransız nəşrinin Həzrət Peyğəmbərin (s) nurani və müqəddəs şəxsiyyətini təhqir etməsi kimi böyük və bağışlanmaz günahı bir daha Qərb dünyasının siyasi və mədəni qurumlarının İslama və müsəlman cəmiyyətinə qarşı mənfur inadını və nifrətini ortaya qoyub.

Bəzi fransız siyasətçilər tərəfindən bu böyük cinayətin qınanmaması üçün ortaya atılan söz azadlığı bəhanəsi tamamilə rədd edilir, səhv və demaqoqikdir.

Belə düşməncəsinə addımlar, sionistlərin və imperialist dövlətlərin dərin anti-İslam siyasətindən qaynaqlanır və zaman-zaman təkrarlanır.

Hazırkı dövrdə belə bir addımın atılması, ABŞ və sionist rejiminin Qərbi Asiya xalqlarının və dövlətlərinin diqqətini bu bölgə üçün hazırladıqları mənfur planlardan yayındırmaq məqsədi güdə bilər.

Müsəlman xalqlar, xüsusən də Qərbi Asiya ölkələri, bu həssas regiona aid problemlərlə bağlı öz sayıqlığını qorumaqla, Qərb siyasətçilərinin və liderlərinin İslama və müsəlmanlara qarşı düşmənçiliyini heç vaxt unutmamalıdır.

Allah yenilməz qüvvət sahibidir!"

Seyid Əli Xameneyi

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031