Rusiya koronavirus peyvəndinin istehsalına başladı
Mьəllif: admin1
Tarix: 15-08-2020, 16:45
Bцlmə: Xəbərlər
Rusiya koronavirus peyvəndinin istehsalına başladı
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.F. Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış koronavirus peyvəndinin istehsalına başlandığı açıqlanıb.

Bu barədə bu gün jurnalistlərə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Rusiya Səhiyyə Nazirliyinin N.F. Qamaley MEMTM tərəfindən hazırlanan yeni koronavirus infeksiyası COVID-19-a qarşı peyvənd istehsalı başlayıb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, avqustun 11-i Rusiya dünyada ilk dəfə olaraq koronavirusa qarşı peyvəndin rəsmi olaraq qeydiyyata alındığını elan edib.

Qeyd edək ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev bildirib ki, Rusiya Federasiyası artıq 20 ölkədən 1 milyard doza peyvənd tədarükü üçün müraciətlər qəbul edib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031