Dünyada ilk dəfə koronavirus vaksini qeydiyyatdan keçib: Putin şəxsən açıqladı!
Mьəllif: admin1
Tarix: 11-08-2020, 23:04
Bцlmə: Xəbərlər
Dünyada ilk dəfə koronavirus vaksini qeydiyyatdan keçib: Putin şəxsən açıqladı!
Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.

APA-nın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Bu peyvəndin nəticələri yüksək effektivlik göstərib. Bu barədə isə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib.

“Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”, - deyə, rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd Rusiyada qeydiyyatdan keçib.

İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930