Livanda etirazçılar hökumətin istefası ilə kifayətlənmir
Mьəllif: admin1
Tarix: 11-08-2020, 15:26
Bцlmə: Xəbərlər
Livanda etirazçılar hökumətin istefası ilə kifayətlənmir
Livanlılar hökumətin buraxılmasından sonra erkən seçkilər keçirərək, parlamentin dəyişməsini istəyiblər.

Etirazçılar son aksiyalarla parlamentə təzyiq göstərməyə çalışdıqlarını bildiriblər.

Onlar parlament sədri Nəbih Bərri başda olmaqla bütün millət vəkilləri istefa verənə qədər etirazlarını parlament binası ətrafında davam etdirəcəklərini, yeni bir idarəetmə istədiklərini və buna görə keçmiş Baş Nazir Saad əl-Həririnin yenidən hökuməti ələ keçirməsinə icazə verməyəcəklərini bildiriblər.

Artıq xalqın hər şeydən xəbərdar olduğunu ifadə edən etirazçılar erkən seçkinin olub-olmamasından asılı olmayaraq, yeni seçki qanunu istədiklərini bildiriblər.
(eastnews.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031