Livanın baş naziri Beyrutdakı partlayışdan danışıb
Mьəllif: admin1
Tarix: 5-08-2020, 11:34
Bцlmə: Xəbərlər
Livanın baş naziri Beyrutdakı partlayışdan danışıb
Livanın baş naziri Həsən Diab Beyrutdakı partlayışın başvermə şəraitinin öyrənilməsi üçün komissiya yaratmağa tələb edib.

“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı bildirib.

"Biz Beyrutdakı partlayışın araşdırılması üçün komissiya yaratmağa çağırırıq ki, yoxlamanın nəticələri 48 saat ərzində ictimaiyyətə açıqlansın", - deyə Baş nazir bildirib.

O, qeyd edib ki, baş verən hadisəyə görə cavabdehlik daşıyan şəxsin tapılıb məsuliyyətə cəlb edilməsinədək sakitləşməyəcək:

“Çünki 2 750 ton ağırlığında ammonium turşusunun bir hissəsinin 6 il təhlükəsizlik tədbirləri olmadan bir anbarda saxlanılması yolverilməzdir”.

Livanın güc strukturları Beyrutun limanında 2 700 ton selitrin partlayışının ilkin səbəbini açıqlayıb.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

Son məlumatlara görə, Beyrutdakı partlayışlar zamanı 73 nəfər həlak olub, 3,7 mindən çox insan xəsarət alıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930