Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
Mьəllif: admin1
Tarix: 1-08-2020, 22:57
Bцlmə: Xəbərlər
Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
Ötən gün Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.

“Hər bir müsəlman üçün əhəmiyyət kəsb edən bu bayram möminliyin, ədalətliliyin və mərhəmətin, qohumlara və yaxınlara sevginin yüksək dini ideallarına sədaqət simvoludur. Bunların (hamısı) müqəddəs Quranın əsasını təşkil edir”, - deyə o bildirib.

Putin sonra deyib: “Qeyd edim ki, əsrlərlə davam edən İslam ənənələrini qoruyub saxlayan müsəlmanlar ölkəmizin mədəni müxtəlifliyinin qorunub saxlanılmasına böyük töhfə verirlər, cəmiyyətdəki millətlərarası həmrəyliyin möhkəmlədilməsinə səbəb olurlar.”
(İslamazeri.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930