Ayətullah Sistani Məhərrəm ayının hansı formada keçirilməsi barədə açıqlama verdi
Mьəllif: admin1
Tarix: 31-07-2020, 22:14
Bцlmə: Xəbərlər
Ayətullah Sistani Məhərrəm ayının hansı formada keçirilməsi barədə açıqlama verdi
İraq şiələrinin lideri Ayətullah Sistani, koronavirus pandemiyası əsnasında Məhərrəm məclislərinin keçirilməsi bağlı açıqlama verib.

Açıqlamada koronavirus pandemiyasının yayıldığı zamanda müqəddəs Məhərrəm ayı və Kərbəla faciəsinin ildönümü qeyd olunması, toplantıların keçirilməsi bağlı bəzi məsələlərə aydınlıq gətirilib.

Bu ağrılı hadisəyə görə kədərlənməyin, İslam və müsəlmanların başına gələn bu böyük müsibətdə müqəddəs Peyğəmbərə (s) və onun saf ailəsinə başsağlığı vermək üçün müxtəlif yollar var, bunlara daxildir:

1- Həzrət İmam Hüseyn (ə) məclislərinin televiziya və internet məkanlarında canlı yayımda əhəmiyyətli dərəcədə artımı, bu məqsədlə dini, mədəni mərkəzlər və qurumlar, ruhanilər və məddahlar birgə işləməlidir.

Həmçinin dindarları evlərində və bənzər yerlərdə moizələri dinləməyə və əzadarlıq etməyə təşvq etməlidirlər.

2- Gecənin və ya günün müəyyən saatlarında ev məclislərinin keçirilməsi, yalnız o şəkildə ki ancaq ev əhli və evə gediş-gəlişi olan şəxslər olsun və canlı yayımlarda olan məclislərdə iştirak etsinlər, əzadarlıq olunsun.

Ancaq ümumi məclislərdə bütün gigiyena qaydalarına ciddi riayət edilməlidir. Bu iştirakçılar arasındakı sosial məsafə qorunmalı və koronavirusun yayılmasının qarşısını almaq üçün sanitar maskalar və digər cihazlardan istifadə edilməlidir.

Bu vəziyyətdə, müvafiq orqanların təyin etdiyi meyarlara bərabər olan iştirakçıların sayına kifayət etmək lazımdır ki, bu da təbii ki, qapalı və ya açıq havada keçirilən mərasimdən və virusun müxtəlif şəhərlərdə yayılma dərəcəsindən asılı olaraq dəyişir.

3- Xüsusi mülkiyyətin toxunulmazlığını pozmamaqla və ölkədə mövcud qanunlara riayət edilməsi ilə Aşura rəmzlərinin geniş yayılması və qara bayraqlar, parçalar meydanlarda, küçələrdə, xiyabanlarda və digər ictimai məkanlarda qaldırılsın.

Əlbətdə ki, bu simvollara həmin İmamın böyük islahatçı hərəkatındakı İmam Hüseynin (ə) kəlamlarının və Kərbəla faciəsi ilə bağlı deyilən şeir və mətnlərin şah əsərlərinin daxil edilməsi məqsədəuyğundur.

Allah bu şəraitdə İmam Hüseyn (ə) matəmini və vacib hadisəni canlandıran hər kəsi müvəffəq etsin.
(eastnews.org)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031