Sünni müfti də ABŞ-ın İraqdan çıxmasını istəyir
Mьəllif: admin1
Tarix: 25-07-2020, 08:33
Bцlmə: Xəbərlər
Sünni müfti də ABŞ-ın İraqdan çıxmasını istəyir
İraqın tanınmış sünni din xadimi Şeyx Mehdi əs-Samidəi ABŞ hərbi qüvvələri ilə bağlı açıqlama verib.

Şeyx Mehdi əs-Samidəi açıqlamasında bildirib ki, İraq xalqı ABŞ-ın bu ölkədəki hərbi varlığına qarşıdır.

"Parlament deputatları xalqın iradəsini təmsil edirlər. Əgər deputatlar səsvermələrdə ABŞ-ın İraqdan çıxarılması barəsində səs verməyəcəklərsə bu xalqa xəyanət sayılacaq", - deyə Şeyx Mehdi əs-Samidəi diqqətə çatdırıb.

ABŞ-ın İraq sabitliyinə təhlükə olduğunu xatırladan Şeyx Mehdi əs-Samidəi bu gün Yaxın Şərqdə baş verən problemlərin arxasında ABŞ-ın olduğunu sözlərinə əlavə edib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930