Gürcüstan Baş naziri Ermənistana silah göndərilməsi iddiasına cavab verdi
Mьəllif: admin1
Tarix: 25-07-2020, 08:29
Bцlmə: Xəbərlər
Gürcüstan Baş naziri Ermənistana silah göndərilməsi iddiasına cavab verdi
Gürcüstan Baş naziri Qiorgi Qaxariya bəyan edib ki, Gürcüstan və Azərbaycanın strateji partnyorluğunu heç nə təhdid etmir, ölkələr arasında heç bir anlaşılmazlıq yoxdur.

Qaxariya Serbiyanın Gürcüstan vasitəsi ilə Ermənistana silah göndərməsi iddiasına, həmçinin məsələ ilə bağlı yayılmış bir neçə fotonu şərh edərkən deyib ki, bu, “yanlış məlumatdır”.

“Biz öz öhdəliklərimizi beynəlxalq qanunvericiliyə tam uyğun şəkildə həyata keçiririk. Bu, sadəcə KİV-də yayılmış səhv bir məlumatdır.

Azərbaycan və Gürcüstan strateji partnyorlardır və əlavə edim ki, qardaşlığımız üçün heç bir təhdid yoxdur”, – deyə o qeyd edib.

Yayılan fotolar barədə isə deyib: “Siz həmin fotoları görmüsünüz? Onlar içərisində heç nə olmayan sadə yük maşınlarıdır, silahlar deyil”.

Xatırladaq ki, daha öncə Gürcüstan XİN rəsmisi də məsələyə münasibət bildirərkən demişdi ki, məqalə müəllifləri iki ölkə arasındakı strateji həmkarlığı şübhə altına almaq istəyirlər.
(az.shafaqna.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930