"Həşd Şabi" İraqın şərqindəki 10 İŞİD mövqeyini və gizli yerlərini məhv edib
Mьəllif: admin1
Tarix: 16-07-2020, 11:31
Bцlmə: Xəbərlər
"Həşd Şabi" İraqın şərqindəki 10 İŞİD mövqeyini və gizli yerlərini məhv edib
İraqın "Həşd Şabi" təşkilatının qüvvələri keçirilən əməliyyat zamanı Diyala əyalətindəki 10 qərargah və İŞİD terror ünsürlərinə aid gizli yerləri məhv etməyə müvəffəq olub.

Bu barədə İraq mətbuatı məlumat yayıb.

Məlumata görə, Diyala əyalətindəki "Həşd Şabi" əməliyyatının rəsmi nümayəndəsi Sadiq Hüseyni təşkilat qüvvələrinin əməliyyatdakı müvəffəqiyyətlərini açıqlayıb.

Sadiq Hüseyni bildirib ki, İraq Hərbi Hava Qüvvələri tərəfindən dəstəklənən əməliyyatlar zamanı İŞİD bazaları məhv edilib. Əməliyyat zamanı şimali Məqdadiyyə, Hud əl-Hamrin və Diyala çayı arasındakı ərazilərdə 7-dən çox İŞİD mövqeyi məhv edilib.

Bundan əlavə bölgədəki 3 İŞİD gizli qərargahı da dağıdılıb. Bu gizli qərargahlar İŞİD terrorçularının partlayıcı maddələrinin, avadanlıqlarının və yeməklərinin mənbəyi olub.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930