İmam Rzanın (ə) xüsusi ziyarət günü
Mьəllif: admin1
Tarix: 15-07-2020, 17:07
Bцlmə: Xəbərlər
İmam Rzanın (ə) xüsusi ziyarət günü
Bəzi mötəbər kitablarda nəql olunan hədislərə əsasən, zilqədə ayının 23-ü İmam Rzanın (ə) xüsusi ziyarət günüdür.

Deyerler.org xəbər verir ki, hədislərdə həmin gün İmam Rzanı (ə) uzaqdan və yaxından ziyarət etmək, bu mövzuda rəvayətlərdə olan məşhur ziyarətgahlarla, uzaqdan və yaxından salam göndərməklə ziyarət etməyin böyük fəzilətlərinin olduğu bildirilir.

İmam Rzanın (ə) xüsusi ziyarət günü münasibətilə “Ürəyimin göyərçini (Boş əllər) klipi hazırlanıb və hərəmin sosial şəbəkələrindəki səhifələrində paylaşılır.

İmam Rzanın (ə) müqəddəs ziyarətgahının İslam təbliğatı üzrə nümayəndəsi höccətül-İslam vəl-muslimin Höccət Qonabadi Nejad Astan News-a açıqlamasında deyib ki, bu gün İmam Rzanın (ə) xüsusi ziyarət günü münasibətilə Qüds Rəzəvi ziyarətgahında mərasim keçiriləcək:

“Zilqədə ayının 23-nün İmam Rzanın (ə) ziyarət günü olduğu barədə bir çox deyim var, lakin bəzi insanlar bu gün səkkizinci İmamın (ə) şəhid olduğuna inanırlar.

Ona görə, 23 zilqədə xüsusi gün adlandırıldı ki, insanlar bu İmamın (ə) təbiətini və Rəzəvi şəhərinin yaranmasında rolunu başa düşsünlər”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930