Bu ilki Ərbəin şüarı - “İmam Hüseyn (ə) nicat gəmisidir”
Mьəllif: admin1
Tarix: 15-07-2020, 17:04
Bцlmə: Xəbərlər
Bu ilki Ərbəin şüarı - “İmam Hüseyn (ə) nicat gəmisidir”
Ərbəin Mədəniyyət Qərargahı (İran və İraqdakı Ərbəin Mədəniyyət Komitəsi) bu ilki Ərbəin şüarını “İmam Hüseyn (ə) nicat gəmisidir” (Əl-Hüseyn Safinat əl-Nəcah) elan edən bir bəyanat yayıb.

Deyerler.org-un ABNA-ya istinadən verdiyi xəbərə görə, Ərbəin Mədəniyyət Qərargahı bəyanatında qeyd edib ki, “Ərbəin 1442-1399” dünya ictimaiyyətində baş verən hadisələr və çətinliklərlə fərqli bir formaya sahib olacaq və İslam Müqavimətinin görkəmli komandirləri şəhid hacı Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin iştirakı olmadan bu böyük dastanın başlanmasından etibarən keçirilən ilk Ərbəin olacaq.

Şübhəsiz ki, İmam Hüseyn ibni Əlinin (ə) bütün aşiqləri bu misilsiz mədəni hərəkatın açılması və genişlənməsini İslami Müqavimət şəhidlərinin cihadına bağlayırlar.

Hər ilin ənənəsinə görə, İmam Hüseynin (ə) Ərbəin yürüşü xüsusi bir şüarın təyin edilməsi və elan edilməsi ilə müşayiət olunur. Bu şüar Ərbəin sahəsindəki bütün tərəflər və fəallar üçün böyük mədəni hərəkatın istiqamətini və ruhunu tanıtmaq üçündür.

Həmişə bu şüarı bölgədəki və dünyadakı vəziyyətə və şərtlərə uyğunlaşdırmaq üçün səy göstərilib və bir formada cari dövrün vacib məqamlarını əks etdirmək və işıqlandırmaq, şəhidlərin bütün sevənlərinin yaxınlaşması və birliyi üçün bir strategiyanın təyin olunmasına səbəb olub.

Bütün dünyanın hər gün minlərlə insanı yoluxduran və digər tərəfdən bəzilərini öldürən naməlum və mürəkkəb bir virusa yoluxduğu hazırkı vəziyyətdə, digər tərəfdən bölgədəki digər vacib bir müsibət, hökmran hökumətin İslam dünyasına qarşı etdiyi pisliklər, zülm və təcavüzdür.

Saxta sionist rejimin İslam torpaqlarını və müsəlmanları qəsb etdiyi və saxtalaşdırdığı ortadadır. ABŞ-ın İraq və İrana qarşı ən sərt terrorizm təzyiqlərinin də şahidi oluruq.

Bəlalar və çətinliklər fırtınaları qarşısında Məsumların (ə) tövsiyələrindən irəli gələn şey, Həzrət Seyyiduş-Şühədanın (ə) hərəminə sığınmaqla xilas və qurtuluş mümkündür.

İmam Hüseyn ibn Əlinin (ə) yolu hər cür çətinliklərindən və problemlərindən qurtuluş yoludur və müqavimət, sabitlik və dözüm yoludur.

Buna görə, bu ilin şüarı bir qrup fəalın və dost və qardaş İraq xalqının nümayəndələrinin təklifi ilə “İmam Hüseyn (ə) nicat gəmisidir” olacaq.

Qeyd etmək lazımdır ki, şüarın seçilməsi əvvəlki illərdə olduğu kimi Ərbəin mərasiminin keçirilməsini nəzərdə tutmur və İraq hökuməti tərəfindən Kərbəla şəhərinə yürüşün və necə keyfiyyətlə keçiriləcəyi barədə hələlik heç bir mövqe bildirilməyib.

İranlı aşiqlər İraq və İran hökumətləri arasında bağlanan müqavilələrinin qərarını gözləyəcəklər.

Lakin Ərbəin mərasimi və ziyarəti heç vaxt bağlanmayıb və bağlanmayacaq. Kərbəlaya aparan yollarda yürüş etmək mümkün olmasa da, bu ehtiras və sevgi və İmam Hüseynin (ə) maqnit kimi cazibəsi müxtəlif formalarda və yollarla özünü göstərəcək.

Buna görə mədəniyyət və bədii məhsulların istehsalında və s. prosedur və yanaşmaların yaxınlaşmasını və birliyini göstərmək və yeni texnologiyalardan istifadə edərək mərasimlərin yeni formatda keçirilməsi üçün bir şüara ehtiyacımız var.

İnşallah, Həzrət Bəqiyətullahın duaları və möminlərin səmimi duaları, Həzrəti Əba Əbdillah Əl-Hüseyni (ə) pak hərəminə fərdi və birgə təvəssüllər bu çətinliklərdən qurtuluşu təmin edəcək.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930