BMT: Yəməndə vəziyyət dözülməz həddə çatıb
Mьəllif: admin1
Tarix: 14-07-2020, 15:29
Bцlmə: Xəbərlər
BMT: Yəməndə vəziyyət dözülməz həddə çatıb
BMT cari ilin ilk 6 ayında Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 1000-dən çox dinc sakin öldürüldüyünü və bu ölkədə vəziyyətin dözülməz həddə olduğunu açıqlayıb.

Maide.Az xəbər verir ki, BMT-nin Yəməndəki humanitar yardımlar kordinatoru Liz Qrandi iyulun 12-də Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin Yəmənin şimal-qərbində yerləşən Həcca vilayətini bombalaması və 7 uşaq, 3 qadının və 2 kişinin öldürülməsini pisləyib.

O, Səudiyyə rejiminin koronavirus epidemiyasının yayıldığı bir vaxtda atəşkəs rejimini pozması və dinc sakinləri qətlə yetirməsinin yolverilməz olduğunu bildirib.

L.Qrandi Yəməndə öldürülən qadın və uşaqların ailələrinə başsağlığı verib və yaralılar üçün sağlamlıq arzu edib.

"Yəməndə vəziyyət dözülməz həddə çatıb. Tibbi xidmətlər və içməli su təminatı üçün lazimi büdcə yoxdur, bu xidmətlər dayandırılıb. Yəmən yenidən aclıq təhlükəsilə üz-üzədir."

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.

Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.

Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031