Ali Dini Rəhbərdən HƏMAS liderinə: “Allah yolunda vuruşanları yüksək qiymətləndirirəm”
Mьəllif: admin1
Tarix: 6-07-2020, 18:26
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbərdən HƏMAS liderinə: “Allah yolunda vuruşanları yüksək qiymətləndirirəm”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə məktub göndərib.

Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, Ali Dini Rəhbər məktubunda İranın Fələstin xalqına dəstək verməyə davam edəcəyini bir daha qeyd edib.

Sözügedən məktubda aşağıdakı ifadələr yazılıb:

“İran İslam Respublikasının günahsız Fələstin xalqının hüquqlarını bərpa etmək və sionist rejimin pis əməllərini dəf etmək səylərinə dəstəyi dini və humanist vəzifəsi olaraq davam edəcək.

Fələstin məsələsindəki son hadisələrlə əlaqədar məktubunuzu diqqətlə araşdırdım. Allah yolunda vuruşanları yüksək qiymətləndirirəm, çünki Fələstin İslam Müqavimət Hərəkatı ABŞ və Sionist rejimini zəiflətdi”.

Sionist düşmənin işğalçılıq siyasətinə toxunan Ali Dini Rəhbər, məktubunda işğalçı rejimin fələstinlilərin qanuni hüquqlarını iqtisadi təzyiq və mühasirə yolu ilə məhv etməyə çalışdığını yazıb.

“Fələstin xalqı və qrupları arasında birlik və həmrəyliyin qorunması sionist düşmənin planlarının qarşısını almaqda təsirli bir rola malikdir”, - deyə Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bildirib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930