İsrail rejiminin aviasiyası Qəzzanı bombaladı
Mьəllif: admin1
Tarix: 6-07-2020, 18:23
Bцlmə: Xəbərlər
İsrail rejiminin aviasiyası Qəzzanı bombaladı
İsrail rejiminin hərbi qüvvələrinin (İDF) helikopterləri Qəzzanın şərq bölgəsinə iki zərbə endirib.

Deyerler.org Al-Masdarnews-a istinadən xəbər verir ki, yerli mənbələr İsrail rejiminin helikopterlərinin Əl-Zeytunə məhəlləsinin şərqindəki əkin sahələrini hədəfə alması nəticəsində partlayış baş verdiyini, lakin itki olmadığını qeyd ediblər.

Digər xəbərlərdə, İsrail rejiminin ordusu döyüş təyyarələri və helikopterlərinin Qəzzadakı HƏMAS hərəkatının mövqelərinə zərbələr endirdiyini açıqlayıb. Açıqlamada, vurulan nöqtələrdə infrastrukturun hədəfə alındığı bildirilib.

Sionist mediası İDF-nin zərbələrinin raket atəşinə cavab olaraq edildiyini bildirsə də, İDF-nin sözçüsü hələ açıqlama verməyib.

Bazar günü axşam İsrail rejiminin ordusu tərəfindən verilən açıqlamada terrorçu rejimin Qəzzadan atılan üç raketdən birinin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bildirmişdi. Digər iki raketin yeri və mümkün zərərləri barədə məlumat verilməmişdi.

Fələstinli qruplar sionist ordusunun Qəzzadan raket atılmasına dair iddiasını hələ qəbul etməyib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930