Rusiya, İran, Türkiyə bəyanatı: “Suriyanın neft gəlirlərinin ələ keçirilməsini qınayırıq”
Mьəllif: admin1
Tarix: 2-07-2020, 10:04
Bцlmə: Xəbərlər
[img]http://www.Ahlibeyt.ge/uploads/posts/2020-07/1593669793_9120204-768×530.jpg[/img]
Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani Astana formatında Suriyada üçtərəfli sammit çərçivəsində görüşüblər.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, sammit yeni növ koronavirusun (KOVİD-19) yayılması səbəbi ilə video konfrans vasitəsi ilə həyata keçirilib.

Sammitin sonunda Astana prosesinin qarant ölkələri Rusiya, Türkiyə və İranın liderləri qəbul etdikləri birgə bəyanatda, Suriyadakı neft gəlirlərinin ələ keçirilməsini qınadıqlarını bildiriblər.

Rusiya, Türkiyə və İranın liderlərinin sammitin yekununda qəbul etdikləri birgə bəyanatda bunlar qeyd olunub: "Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı məsləhətləşmə edib, bu bölgədəki sabitliyə və təhlükəsizliyin yalnız Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında təmin edilə biləcəyini vurğuladıq və bu məqsədlə səylərimizi birləşdirməyə qərar verdik.

Suriyaya aid olması lazım olan neft gəlirlərinin qanunsuz olaraq ələ keçirilməsini qınayaraq, narahatlığımızı bildirdik.

İdlib de-eskalasiya bölgəsindəki vəziyyəti ətraflı müzakirə etdik və İdliblə əlaqəli bütün razılaşmaların tam şəkildə yerinə yetirilməsi yolu ilə bu sahədə sülhün qorunmasının vacibliyini vurğuladıq.

İŞİD, Nusra Cəbhəsi, Əl-Qaidə və İŞİD ilə əlaqəli bütün şəxslər, qruplar, qurumlar və təşkilatlar və BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınan bütün digər təşkilatların məhv edilməsi məqsədilə əməkdaşlığa davam etdirmək öhdəliyimizi təsdiq etdik.

Qaçqınlar və məcburi köçkünlərin Suriyadakı daimi yaşayış yerlərinə etibarlı və könüllü olaraq qayıtmaq üçün dəstək verilməli olduğunu bildirdik.

Bu çərçivədə beynəlxalq ictimaiyyəti qaçqınların yerləşdirilməsi və normal həyatlarına qayıtmalarına dəstək vermək, prosesdə iştirak səviyyələrini artırmaq və su, elektrik təchizatı xətləri kimi əsas infrastruktur sistemlərinin, məktəb və xəstəxanaların bərpası və ərazilərin minalardan təmizlənməsi yönümlü layihələr vasitəsilə Suriyaya yardımın artırılmasına çağırdıq.

Suriyadakı humanitar vəziyyətdən və Suriyanın səhiyyə sisteminə, sosial-iqtisadi və humanitar vəziyyətə əhəmiyyətli dərəcədə təsir etdiyini düşündüyümüz koronavirus pandemiyasının təsirindən ciddi narahatlığımızı bildirdik.

Xüsusilə pandemiya şəraitində beynəlxalq hüququ, beynəlxalq insan haqlarını və BMT Nizamnaməsini pozan bütün birtərəfli sanksiyaların əleyhinə olduğumuzu bildirdik.

Bu çərçivədə, Suriya xalqının ağrılarını yüngülləşdirmək üçün bütün Suriya miqyasında sürətli, təhlükəsiz və maneəsiz humanitar yardımların təmin edilməli olduğunu qeyd edərək, BMT və humanitar təşkilatlar başda olmaqla beynəlxalq ictimaiyyətdən bütün suriyalılara ayrıseçkilik etmədən, prosesi siyasiləşdirmədən və ilkin şərtlər təmin qoymadan yardım təqdim etmələri üçün müraciət etdik.

Suriya Konstitusiya Komitəsinin 2020-ci ilin avqust ayında keçiriləcək 3-cü iclası ilə bağlı qərarı alqışladıq və komitə üzvləri və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə daim qarşılıqlı əlaqə yaratmaqla komitənin işini dəstəkləməyə hazır olduğumuzu təsdiqlədik”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930