İraq ‘Ərbəin’ yürüşünə razılıq verməsə, bu il ziyarət təşkil edilməyəcək
Mьəllif: admin1
Tarix: 30-06-2020, 23:35
Bцlmə: Xəbərlər
İraq ‘Ərbəin’ yürüşünə razılıq verməsə, bu il ziyarət təşkil edilməyəcək
"Ərbəin" yürüşünə təxminən 100 gün qalmasına baxmayaraq, "Ərbəin"in statusu hələ də bəlli deyil və İran rəsmiləri İraq tərəfinin zəvvarları qəbul etmək istəmədiyi halda İraqa zəvvar göndərilməyəcəyini açıqlayıb.

Bu il koronavirusun yayılması dünya müsəlmanları üçün Həcc ziyarətini ləğv edib və yalnız Səudiyyə Ərəbistanında olanlar bu mənəvi ibadəti yerinə yetirə biləcək.

İraqın Kərbəla və Nəcəf şəhərində karantin elan olunmasından sonra "Ərəbin" yürüşünün baş tutmaması ilə bağlı narahatlıqlar bir qədər də çoxalıb.

Qeyd edək ki, yürüşün keçirilmsi ilə bağlı son qərar İran və İraq rəsmiləri arasında keçirilən məsləhətləşmədən sonra veriləcək.
/eastnews.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031