2 milyon 400 min yəmənli uşaq pis qidalanmadan əziyyət çəkir
Mьəllif: admin1
Tarix: 26-06-2020, 19:21
Bцlmə: Xəbərlər
2 milyon 400 min yəmənli uşaq pis qidalanmadan əziyyət çəkir
BMT-nin uşaq fondu- YUNİSEF (UNICEF) Yəməndə uşaqların son durumu ilə bağlı hesabat açıqlyıb.

Maide.Az xəbər verir ki, YUNİSEF bildirib ki, ilin sonuna kimi Yəməndə pis qidalanmadan əziyyət çəkən uşaqların sayı 2 milyon 400 min nəfərə çata bilər.

YUNİSEF Yəmənə edilən humanitar yardımların azadlığını bildirib və qeyd edib ki, bu məsələ pis qidalanmadan əziyyət çəkən uşaqların sayını artırır.

Hesabatda pis qidalanmadan əziyyət çəkən 5 yaşından aşağı uşaqların sayının 20 faiz artdığı qeyd olunub.

YUNİSEF xəbərdarlıq edib ki, təcili Yəmənə humanitar yardım edilməzsə bu ölkədə aclıq baş verəcək.

YUNİSEF dünyada Yəmənin uşaqlar üçün ən pis yer olduğunu qeyd edib.

UNİCEF-in məlumatına görə, hazırda 7.8 milyona yaxın uşaq məktəbdən kənarda qalıb ki, bu da onları işsizlik və silahlı qruplara cəlb olunmaq və erkən nikah təhlükəsi ilə üzləşdirir.

Xatırladaq ki, Səudiyyə rejimi,ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı.

Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031