Səudiyyə Ərəbistanı xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdi
Mьəllif: admin1
Tarix: 23-06-2020, 22:38
Bцlmə: Xəbərlər
Səudiyyə Ərəbistanı xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdi
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv edib.

Buna yeni növ koronavirus pandemiyası səbəb olub.

Bildirilir ki, bu il Həcc ziyarəti ölkə ərazisində yaşayan müxtəlif millətlərdən olan çox az sayda zəvvarın iştirakı ilə baş tutacaq.

Fevral ayının əvvəlində Səudiyyə hakimiyyəti, COVID-19 epidemiyası səbəbiylə zəvvarlar üçün Məkkə və Mədinəyə girişi müvəqqəti bağlayıb.

2020-ci ildə Həcc ziyarəti iyulun sonunda baş tutacaq. Hər il mərasimdə 3 milyondan çox müsəlman iştirak edir, bunun 2 milyondan çoxu xaricdən gəlir.
(Maide.Az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930