Ali Dini Rəhbərin hərbi müşaviri: “Trampla əsla görüşməyəcəyik”
Mьəllif: admin1
Tarix: 23-06-2020, 22:33
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbərin hərbi müşaviri: “Trampla əsla görüşməyəcəyik”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin hərbi müşaviri general Hüseyn Dehqan Qətərin Əl-Cəzirə televiziyasına verdiyi müsahibədə, ABŞ-ın prezidenti Donald Trampla müzakirənin əsla olmayacağını qeyd edərək, belə deyib: “Çünki biz onu prezident kimi yox, cinayətkar kimi görürük”.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İranın raketdən müdafiə sistemi və regional siyasətini müzakirə etməyəcəyini vurğulayan general Dehqan, belə danışıb: “Fars körfəzində ABŞ-ın hər hansı bir hərbi əməliyyatına səssiz qalmayacağıq və sərt cavab verəcəyik”.

O, Ər-Riyadın razılaşacağı təqdirdə, Səudiyyə rejimi ilə heç bir ön şərt olmadan görüşməyə və danışıqlar aparmağa hazır olduqlarını bildirib.

BƏƏ ilə əlaqələrə toxunan general Dehqan, belə deyib: “BƏƏ ilə münasibətlərimiz yaxşılaşdı və bu ölkənin bizimlə münasibəti dəyişdi”.

BMT-nin və beynəlxalq təşkilatlar tərəfindən rəsmi olaraq tanınan Liviyadakı Milli Razılaşma Hökumətini dəstəklədiklərini vurğulayan general Dehqan, İranın Həftər qüvvələrini dəstəkləməsi ilə bağlı yayılan söz-söhbətlərin gülünc olduğunu bildirib.

“İran Liviya ilə bağlı bütün tərəfləri siyasi bir həll yoluna dəvət edir”, - deyə general Dehqan bildirib.

Yəməndə baş verənlərin boş bir hərbi xaos olduğunu və buna görə ilk növbədə Səudiyyə rejiminin məsuliyyət daşıdığını vurğulayan general Dehqan, belə danışıb: “Ər-Riyad Yəmən müharibəsində məğlub olduğunu etiraf etməli və yeni bir siyasət aparmalıdır”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930