Yəmən ordusu Səudiyyə rejiminin mühüm hərbi mövqelərini darmadağın edib
Mьəllif: admin1
Tarix: 23-06-2020, 22:28
Bцlmə: Xəbərlər
Yəmən ordusu Səudiyyə rejiminin mühüm hərbi mövqelərini darmadağın edib
Yəmən silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bu gün (23 iyun) Səudiyyə rejiminin nəzatərəti altında olan torpaqlara edilən hücumun təfərrüatlarını açıqlayıb.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii mətbuata açıqlamasında bunları deyib: “Allaha güvənərək düşmən Səudiyyə rejiminin paytaxtına qarşı böyük bir hücum əməliyyatını həyata keçirdik.

4-cü balanslaşdırma əməliyyatında Müdafiə, Kəşfiyyat Nazirliyi, Hərbi Kəşfiyyat Qərargahı və Salman Hava Bazası, eləcə də Ər-Riyad, Cizan və Nəcranda bəzi hərbi mövqeləri darmadağın etdik.

Açıqlamada, əməliyyatın Qüds və Zülfiqar ballistik və kruiz raketi və Saməd 3 PUA-ları ilə həyata keçirildiyi bildirilib.

O, əməliyyatın böyük Yəmən xalqına qarşı vəhşicəsinə və təcavüzkar mühasirəyə cavab olaraq həyata keçirildiyini vurğulayıb.

“Təcavüz dayanmayana və Yəmənin mühasirəsi bitməyənə qədər daha çox hücum həyata keçirəcəyik”, - deyə o, bildirib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930