İraqın xalq qüvvələri İŞİD-ə qarşı yeni təhlükəsizlik əməliyyatı başlatdı
Mьəllif: admin1
Tarix: 20-06-2020, 22:54
Bцlmə: Xəbərlər
İraqın xalq qüvvələri İŞİD-ə qarşı yeni təhlükəsizlik əməliyyatı başlatdı
İraqın Xalq Səfərbərlik (Əl-Həşduş Şəbi) təşkilatı Səlahəddin əyalətinin Samirra şəhərində İŞİD terrorçularına qarşı yeni təhlükəsizlik əməliyyatının başlandığını elan edib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Əl-Həşduş Şəbi və İraq təhlükəsizlik qüvvələri bu gün (20 iyun) Samirranın Yəsrib bölgəsində yeni təhlükəsizlik əməliyyatına başlayıb.

Al-Maloumah saytında gedən xəbərə görə, 41-ci briqada və Samirra Əməliyyatlar Komandanlığının birgə qüvvələri Yəsribin Təl Əl-Təbər bölgəsindəki bağ, ferma və evlərdə axtarış və keşik çəkmək üçün əməliyyat başladıb.

Əməliyyat terrorçuların təmizlənməsini və təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930