ABŞ-da Corc Vaşinqtonun heykəlini yıxdılar və ABŞ bayrağını yandırdılar
Mьəllif: admin1
Tarix: 20-06-2020, 18:11
Bцlmə: Xəbərlər
ABŞ-da Corc Vaşinqtonun heykəlini yıxdılar və ABŞ bayrağını yandırdılar
ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölməsindən sonra başlayan etiraz aksiyalarında irqçi və quldar insanların heykəllərinə hücumlar davam edir.

ABŞ-ın Oreqon ştatının Portlend şəhərində nümayişçilər ABŞ bayrağını üzərinə atdıqları Corc Vaşinqtonun heykəlini bağladığı iplərlə yıxıb yandırdılar.

Portlend şəhərindəki Alman-Amerika Cəmiyyətinin bağçasında Corc Vaşinqtonun heykəlinin üzərinə sprey boyalarla naməlum şəxslər tərəfindən “Big Floyd” yazılıb.

Polisin bölgəni nəzarəti altına götürdüyü, nümayişçilərin isə qaçaraq ərazidən üzaqlaşdığı bildirilib.

Corc Vaşinqton Amerika İstiqlal Müharibəsində Kontinental ordunun baş komandanı və ABŞ-ın ilk prezidentidir.

ABŞ İstiqlal Müharibəsində əhəmiyyətli bir rol oynadığından, ölkəsində tarixin ən əhəmiyyətli insanlarından biri hesab olunur.

Qeyd edək ki, ABŞ-ın ilk prezidenti və ölkənin qurucu şəxsiyyətlərindən sayılan Corc Vaşinqtonun 123 qulunun olduğu bildirilir.
Deyerler.org





Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930