Həyatımızın gözəlliklərini görməyə çalışaq və əlimizdə olanlara görə şükür edək
Mьəllif: admin1
Tarix: 10-06-2023, 12:17
Bцlmə: Xəbərlər
Həyatımızın gözəlliklərini görməyə çalışaq və əlimizdə olanlara görə şükür edək
Xoşbəxtlik o deyildir ki, gözəl olasan. Xoşbəxtlik odur ki, dünyanı gözəl görəsən. Xoşbəxtlik o deyildir ki, çətinliyin olmasın. Xoşbəxtlik odur ki, bu çətinliklərlə çətinliyin olmasın.

Bəzən həyatda rastlaşdığımız çətinliklər adi çətinliklər olur, ancaq biz onu o qədər böyük görürük ki, ətrafımızda olan gözəllikləri belə unuduruq.

Gözəllik bir uşağın gülüşündə gizlənmişdir ki, aram və sakit halda yanımızda yatır.

Gözəllik gecənin yorğunluğundadır ki, gec vaxta qədər işləyirik və bu da olur bizim peşəmiz.

Gözəllik üzümüzdə olan qırışları göstərən uca bir aynadır ki, bizə füsrətimizin az qaldığını söyləyir.

Çətinliklər haqqında düşünmək, onu həll etməz. Bir gün özümüzə gələndə görürük ki, sanki heç yaşamamışıq.

Ona görə də hələ ki, fürsət var, əlimizdə olanların qədrini bilək və düzgün düşünməyi öyrənək. Həyatımızın gözəlliklərini görməyə çalışaq və əlimizdə olanlara görə şükür edək. Bu şəhərin bir çox insanı sənin əlində olanları arzulayar.

Bir uşaq üçün ən böyük arzulardan biri – qırmızı şardır. Halbuki, biz onun üçün ən gözəl oyuncaqları almağa çalışırıq.

Bir ana üçün sağ-salamat övlad böyütmək - böyük arzudur, qızının abırlı ailə həyatı üçün lazım olan zəruri şeyləri almaq - qayğısıdır. Bəlkə də bu hay-küylü dünyanın bir kənarında isti yeməyinin, təmiz paltarının olması, hətta dostlarının yanında sağ olaraq qalmaq belə, bir insan üçün arzudur.

Gecə rahat yatmaq və gündüzü ananın lətif səsi ilə oyanmaq – bütün insanların arzusudur. Bombaların, güllərin səsindən uzaq, qorxusuz yaşamaq – bir arzudur, xoşbəxtlikdir. Həyatın gözəlliklərini görək ki, bəziləri üçün əlçatmazdır.

Belə bir əhvalat yadıma düşdü. Bir diyarın insanları oranın sultanının yanına gedir və hallarından şikayət edirdilər. Bu sultan da aqil və arif olduğu üçün onları səbir etməyə dəvət edərdi.

Ancaq kifayət etməzdi və şikayətlərinə davam edərdilər. Sultan bu insanları bir yerə toplayır və onlara deyir: “Sizləri elə bir yerə aparacağam ki, orada çətinlikdən belə əsər olmayacaqdır”. Hamı razı halda onun ardınca yollanır. Şəhərin qəbiristanlığına daxil olurlar.

Sultan deyir: “Bura o yerdir ki, heç kəs üçün çətinlik olmur. Hamı rahat şəkildə yatır”. İnsanlar təəccüblü halda bir-birinə baxırlar. Başa düşürlər ki, əbədi rahatlığa çatacaqları dünya – axirətdir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031