BBC: Koronavirusun dərmanı tapılıb
Mьəllif: admin1
Tarix: 16-06-2020, 22:27
Bцlmə: Xəbərlər
BBC: Koronavirusun dərmanı tapılıb
Dünyanı cənginə alan koronavirusun dərmanı tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.


Kifayət qədər ucuz olan “Dexamethasone” adlı dərmanın COVID-19-u ağır formada keçirən xəstələrin müalicəsində aşağı dozada istifadə olunduğu bildirilib.

Məlumata görə, dərman ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu olan xəstələrin ölüm ehtimalını 1/3 nisbətdə azaldıb.

BBC-yə danışan mütəxəssislər dərmanın koronavirusa qarşı mübarizədə ümidverici olduğunu bildiriblər.

Qeyd olunub ki, bu dərman 2 000 xəstə üzərində təcrübədən keçirilib. Nəticələr təcrübədən keçməyən xəstələrin vəziyyəti ilə müqayisə edilib.

Məlum olub ki, ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riski 40%-dən 28%-ə enib. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031