İrandakı terrora görə Səudiyyə səfiri Danimarka XİN-ə çağrıldı
Mьəllif: admin1
Tarix: 12-06-2020, 17:11
Bцlmə: Xəbərlər
İrandakı terrora görə Səudiyyə səfiri Danimarka XİN-ə çağrıldı
İslamazeri.com mehr-ə istinadən xəbər verir ki, Danimarka XİN "Al Ahvaziya" terror qruplaşmasının İran torpaqlarında terror hücumlarını həyata keçirməsilə bağlı rolu və Riyadın terror liderlərinə verdiyi maliyyə dəstəyinə görə, Səudiyyə Ərəbistanının Kopenhaqdakı səfirini nazirliyə çağırıb.

11 sentyabrd 2018-ci ildə İranın Əhvaz şəhərində hərbi paradda bu qruplaşma terror aktı həyata keçirmişdi. Hücumda 24 nəfər dünyasını itirmiş, 60 nəfər isə yaralanmışdı.

Bu hücumu "Al Ahvaziya" terror qruplaşması rəsmən öz üzərinə götürmüşdü.

Terror hücumundan sonra İran İnqilab Keşikçiləri Korpusunun sözcüsü general Ramazan Şərif, bu qruplaşmanın Səudiyyə Ərəbistanından dəstəkləndiyini açıqlamışdı.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930