Suriya ordusu iki strateji kəndi İŞİD-dən təmizlədi
Mьəllif: admin1
Tarix: 9-06-2020, 23:02
Bцlmə: Xəbərlər
Suriya ordusu iki strateji kəndi İŞİD-dən təmizlədi
Suriya ordusu Həma əyaləti yaxınlığında terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda iki strateji ərazidə nəzarəti ələ keçirib.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Suriya ordusu ölkənin müxtəlif bölgələrində terrorçulara qarşı əməliyyatlarını davam etdirir.

Suriyanın müqavimət qüvvələrinin Hama əyalətində təşkil etdiyi yeni bir əməliyyatda terror təşkilatı İŞİD-in mövqeləri hədəfə alınıb.

Mərkəzi ofisi Londonda yerləşən və müxalifətə yaxınlığı ilə tanınan Suriya İnsan Haqları Rəsədxanası (SOHR) terror qruplaşmalarının Suriyanın Hama əyalətindəki iki kəndi tərk etdiklərini bildirib.

Suriyanın ordu qüvvələrinin iyunun 8-i Həmanın şimal-qərbindəki Səhl Əl-Qab bölgəsindəki Əl-Fəttara və Əl-Manara kəndlərini geri almağı bacardıqlarını vurğulayıb.

Mərkəzdən verilən məlumata görə, bu iki kənddə terrorçulara qarşı hava zərbələrinin intensivliyi və Suriya ordusunun yerüstü bombardmanının artması terrorçuların geri çəkilməsinə səbəb olub.

Əməliyyat vaxtı aralarında biri lider olmaqla 22 terrorçunun öldürüldüyü də qeyd olunub.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930