Ali Dini Rəhbər Ramazan Abdullahın vəfatı münasibətilə başsağlığı verdi
Mьəllif: admin1
Tarix: 8-06-2020, 22:59
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər Ramazan Abdullahın vəfatı münasibətilə başsağlığı verdi
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei mücahid doktor Ramazan Abdullah Şallahın vəfatı ilə əlaqədar başsağlığı verib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Ali Dini Rəhbərin başsağlığı mesajının mətni belədir:

“Allahın adı ilə.

Mücahidlərin və Müqavimətin qardaşı doktor Ramazan Abdullahın vəfatı ilə əlaqədar Fələstin millətinə və Fələstin işinə sadiq qalan bütün mücahidlərə, xüsusilə Fələstinin İslam Cihad hərəkatına və mərhumun ailəsinə başsağlığı verirəm.

Fələstin müqaviməti çox dürüst və dəyərli bir elementini itirdi və ümid edirəm Allahın hidayəti və köməyi ilə Fəthi Şaqaqi və Ramazan Abdullah kimi mücahidlərin yolunu tutan layiqli varislərin cihad yolundakı səyləri bu itkinin əvəzini verəcək”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930