İran parlamentinə yeni sədr təyin olundu
Mьəllif: admin1
Tarix: 28-05-2020, 13:52
Bцlmə: Xəbərlər
İran parlamentinə yeni sədr təyin olundu
İranın 11-ci parlamentdə keçirilən səsvermədə Tehran şəhərindən olan millət vəkili Məhəmməd Baqir Qalibaf parlamentin yeni sədri olub. Bu barədə "Təsnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İran İslam Respublikasının açıq iclası qanunverici orqanın seçilməsinin gündəliyi ilə başlayıb və Məhəmməd Baqir Qalibaf, 267 səsdən 230-nu qazanaraq 11-ci parlamentin sədri olub.

Qalibafla yanaşı, Firudun Abbasi və Mustafa ağa Mirsəlim də bu vəzifəyə namizəd olub. Mirsəlim 12 səs, Firudun Abbasi isə 17 səs toplayıb.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin sədri Əli Laricani olub.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930