Yəmən böhranı dünyada ən pis insan böhranıdır
Mьəllif: admin1
Tarix: 27-05-2020, 17:06
Bцlmə: Xəbərlər
Yəmən böhranı dünyada ən pis insan böhranıdır
BMT-nin insan haqları üzrə ali komissarlığının sözçüsü Elizabet Trossel yəmənlilərin durumunu dəhşətli adlandırıb.

O bildirib ki, maliyyə yardımları çatışmazlığı Yəməndə humanitar proqramı hədələyir.

Ümumdünya Ərzaq Proqramı son zamanlar Yəməndə 18 milyon nəfərin qida təhlükəsizliyindən məhrum olduğunu bildirərək bu haqda xəbərdarlıq edibdir.

Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edərək, bu ölkəni və quru, dəniz və havadan mühasirəyə alıb.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki müharibəsi bu günə qədər 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.

Ərəbistanın hərbi təcavüzü, yoxsul Yəmənin ölkəsini qida və dərman çatışmazlığı ilə üzləşdirib.
(İslamazeri.com)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031