İŞİD-in İraq lideri məhv edildi
Mьəllif: admin1
Tarix: 27-05-2020, 17:04
Bцlmə: Xəbərlər
İŞİD-in İraq lideri məhv edildi
İŞİD terror qruplaşmasının İraq üzrə liderlərindən birinin öldürüldüyü bildirilib.

İraq Terrorla Mübarizə Birliyindən edilən yazılı açıqlamada həyata keçirilən əməliyyatda İŞİD-in İraqdakı dırnaqarası lideri və təşkilat başçısının müavini Mutaz əl-Cuburinin öldürüldüyü qeyd olunub.

Açıqlamada Cuburinin Suriyanın Deyrizor bölgəsinin ərazilərində beynəlxalq koalisiya qüvvələrinə aid döyüş təyyarələrinin keçirdiyi əməliyyatda öldürüldüyü bildirilib.

İraq mərkəzi hökuməti mayın 20-də öldürülən İŞİD başçısı Əbubəkir Bağdadinin varisi olan Abdulnasır Kardaşın həbs olunduğunu açıqlayıb.

Bağdadi 27 oktyabr 2019-cu ildə ABŞ tərəfindən edilən bir əməliyyat zamanı Suriyanın İdlib vilayəti ərazilərində öldürülüb.
(İslamazeri.com)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031