İmam Rzanın (ə) ziyarətgahı zəvvarların üzünə açıldı
Mьəllif: admin1
Tarix: 25-05-2020, 17:32
Bцlmə: Xəbərlər
İmam Rzanın (ə) ziyarətgahı zəvvarların üzünə açıldı
İranda koronavirusun yayılması səbəbi ilə bağlanan müqəddəs ziyarətgahlar və məscidlərin qapıları bu gün (25 may) 69 gündən sonra yenidən zəvvarların üzünə açılıb.

Deyerler.org xəbər verir ki, Məşhəddə bu gün sübh çağı Koronavirusla Mübarizə Milli Qərargahının qərarı ilə koronavirusun yayılmasına nəzarət etmək üçün 69 gün əvvəl bağlanmış müqəddəs İmam Rzanın (ə) ziyarətgahının qapıları yenidən açılıb və buraya zəvvar “seli” daxil olub.

Qərara əsasən, müqəddəs Rəzəvi türbəsi bu gündən günəşin doğuşundan bir saat sonradan gün batmadan bir saat əvvələ qədər zəvvarları qəbul edəcək.

İmam Rzanın ziyarətgahında gələn zəvvarlardan sağlamlıq qaydalarına və protokollarına riayət etmələri tələb olunur.

69 günlük həsrətdən sonra zəvvarları İmam Rzanın (ə) pak hərəminə şükür səcdəsi edərək göz yaşları ilə daxil olublar. Zəvvarlar bu sevinc hissini heç bir kəlmə ilə izah edə bilməyəcəklərini qeyd ediblər.

İmam Rzanın (ə) pak hərəminin qəyyumu höccətül-islam Əhməd Mərvi İmam Rzanın (ə) müqəddəs ziyarətgahının həyətlərinin yenidən açılması münasibətilə zəvvarları təbrik edib.

“Zəvvarların məhdudlaşdırılması qərarı həqiqətən çox çətin bir qərar idi, lakin bu, dini, şəri və əqli qərarlar və dini etiqadın müdrikliyi əsasında qəbul edildi”, - deyə o, bildirib.

Mərvi açıqlamasının davamında isə bunları deyib: “Həzrət İmam Rzadan (ə) xahiş edirik və dua edərək deyirik ki, İmam Rauf (ə) bizi istədiyiniz kimi cəzalandırın, amma üzərimizə müqəddəs ziyarətgahın qapılarını bağlamayın.

Qəribi-Qürəba (ə) haqqında çox danışmışdıq, ancaq bu günlər qədər heç yaşamamışdıq. Ya Əli ibn Musa Əl-Rza (ə), siz Qəribi qürəba deyilsiniz, peyğəmbərlərin müqəddəs ruhları, Allahın övliyaları və min mələk müqəddəs ziyarətgahınızı təvaf edir. Əsl Qəribi qürəba bizik və bu çətin dövrdə sürgün yaşadıq. Türbənin qapıları bağlananda özümüzü evsiz və yetim hiss etdik”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930