Ayətullah Xamenei: "Səudiyyə Ərəbistanı Fələstinə xəyanət etdi"
Mьəllif: admin1
Tarix: 21-05-2020, 17:43
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: "Səudiyyə Ərəbistanı Fələstinə xəyanət etdi"
İranın Ali lideri Ayətullah Xamenei İsrail rejimi ilə münasibətləri normallaşma prosesinə keçən bəzi ərəb ölkələrini və Səudiyyə Ərəbistanını tənqid edib.

Bu barədə Ayətullah Xameneinin rəsmi "Tvitter" hesabından açıqlama verilib. Təl-Əviv hökumətiylə əlaqələri xəyanət adlandıran Ayətullah Xamenei "Bu gün bəzi Fars körfəzi dövlətləri öz tarixlərinə və ərəb dünyasına ən böyük xainliyi etdilər. İsraili dəstəkləyərək, Fələstinə xəyanət etdilər.

Bu dövlətlərin xalqları liderlərinin xəyanətinə dözümlülük göstərəcəkmi?", - deyə qeyd edib.

Ayətullah Xamenei digər mesajında isə birbaşa Səudiyyə Ərəbistanı rəhbərliyini hədəfə alaraq, bu sözlərə yer verib: "Səudiyyəlilərin sionist rejimlə (İsrail) görünən əlaqələri tam mənasıyla Fələstin və İslam ölkələrini arxadan vuran bir xəncərdir.

Səudiyyəlilər böyük bir xəyanət addımı atdılar. Onlar günahkardır, ancaq burada da ABŞ işin içindədir".

Ərəb ölkələrini ABŞ-ın etibarlı olmadığını anlamağa çağıran Ayətullah Xamenei "ABŞ onları, sionist rejimi və özünün bölgədəki imperialist maraqlarını qorumaq üçün bir vasitə olaraq görür", - deyə vurğulayıb.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930