Ağ Evin sabiq rəsmisi: “Pompeo İran qarşısında məğlubiyyətə uğradı”
Mьəllif: admin1
Tarix: 19-05-2020, 19:20
Bцlmə: Xəbərlər
Ağ Evin sabiq rəsmisi: “Pompeo İran qarşısında məğlubiyyətə uğradı”
ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş nümayəndəsi, hazırkı dövlət katibinin İrana qarşı bütün planlarını uğursuzluqla nəticələndiyini hesab edir.

Barak Obamanın hakimiyyət dövrü Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays, hazırkı dövlət katibi Mayk Pompeonun İranla bağlı mövqeyini uğursuz olaraq qiymətləndirib.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Prays "Tvitter" səhifəsində yazıb: "Pompeonun İran, Şimali Koreya və dünyanın digər ölkələri ilə bağlı planları uğursuz oldu.

O, ABŞ-ın siyasi kursunun qlobal dünya təcridinə doğru dəyişməsində əhəmiyyətli rol oynadı". Mayk Pompeo, dövlət katibi vəzifəsinə başladığı gündən etibarən, ABŞ prezidentinin İran əleyhinə mövqeyini sistemli şəkildə dəstəklədi.

İndiyə qədər Pompeo Trampın bütün qərarlarını, o cümlədən JCPOA-dan qanunsuz çıxarılması, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması və İrana qarşı sanksiyaların yenilənməsi kimi mövzularda dəstək verib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031