Ali Dini Rəhbər: “ABŞ mütləq İraqdan və Suriyadan oradan qovulacaq”
Mьəllif: admin1
Tarix: 18-05-2020, 19:24
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “ABŞ mütləq İraqdan və Suriyadan oradan qovulacaq”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei düşmənlərin İran xalqına qarşı olmalarının əsas səbəbinin, digər xalqlar üçün cəlbedici bir modelin formalaşdırılmasının qarşısını almaq olduğunu bildirərək, belə deyib:

“İslam Respublikası imperialist cəbhə ilə siyasi, intellektual və yumşaq müharibənin və bəlkə də sərt qarşıdurmanın mərkəzində dayanıb və bu mövqedə qalmaqdadır”.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei mayın 17-si universitet tələbə birlikləri ilə videokonfrans yolu ilə görüşündə etdiyi çıxışında, İranın güclü və qəddar imperializm cəbhəsinə qalib gəlmək üçün böyük bir gücə sahib olduğunu vurğulayaraq, belə deyib:

“Son 40 ildə baş verən hərbi və mülki təcrübələr, müqəddəs İran xalqının inadkar düşmənlərinə qalib olmaq gücünə sahib olduğunu hərtərəfli sübut etdi”.

Ali Dini Rəhbər geniş zülm, kafir və imperializm cəbhəsi ilə mübarizədə ölkənin böyük imkanlarından birinin bütün İran xalqında daxili güc və ləyaqət hissinin olduğunu vurğulayaraq, belə deyib:

“Bəzi təcrid olunmuş və mənfi düşünən və zəif tərəflərini İslam cəmiyyətinə və nizamına aid edənlərin olmasına baxmayaraq, ölkədə ümumi və dərin bir ləyaqət və güc hissi var”.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei imperializm və müstəmləkə güclərin vacib metodlarından birini xalqlar arasında etinasızlıq və şəxsiyyətsizləşdirmə hissinin formalaşdırılması olduğunu bildirib:

“İslam inqilabının qələbəsi ilə gənclərimiz və İran xalqı mümkünsüz təqdim olunan bir işi, yəni ABŞ başda olmaqla xarici qüvvələr tərəfindən dəstəklədiyi despot dövlətləri ortadan qaldırmağın və dünyanı heyrətləndirməyin mümkün olduğunu göstərdi”.

Ali Dini Rəhbər Əfqanıstan, İraq və Suriya başda olmaqla bölgədəki müharibələrin və böhranların Amerikanın mənfur səbəblərindən qaynaqlandığını qeyd edib:

“Amerika Suriyada neftə görə olduğunu və oraya qoşun yeritdiyini açıq-aşkar söyləyir, amma nə İraqda, nə də Suriyada daimi qala bilməyəcəklər və mütləq oradan qovulacaqlar.

Dünyanın müxtəlif yerlərində, xüsusən də ABŞ-da Amerika bayrağının yandırılması xalqların bu rejimə nifrətini əyani şəkildə göstərir.

Millətlərdən başqa, hətta ABŞ-ın müttəfiqi olan dövlətin rəhbərlərinin bir çoxu Amerika administrasiyasına nifrətlərini qeyd edir və onlara etibar olunmayacaqlarını bildirirlər.

Amerikaya hazırkı nifrət, ABŞ rəsmilərinin, xüsusən də ABŞ prezidenti və dövlət katibinin səviyyəsiz, əsassız, təkəbbürlü və çox danışmalarından qaynaqlanır.

Əlbəttə, ABŞ-a nifrət etmək təkcə bu deyil, uzun müddətdir qətliam, ədalətsizlik, terrorçu yetirşdirmə, mürtəce və zalım dövlətlərə ABŞ-ın dəstək verməsi, sionist İsrail rejimini dəstəkləməsi və nəhayət, koronavirusda zəif mövqe sərgiləməsindən də qaynaqlanır.

Düşmənin İran millətini, özünə inamını məhv etmək üçün ağlasığmaz cəhdlər etdiyi açıq-aşkar bir həqiqətdir, ancaq düşmənin bütün səylərinə baxmayaraq, Allahın lütfü ilə nəticə düşmənin istəklərinin əksinə oldu”.

Ali Dini Rəhbər İranın koronavirus mövzusunda səyləri, fədakarlığı və mübarizəsinin digər ölkələrlə müqayisədə vəziyyətinin təqdirəlayiq olduğunu bildirərək, belə deyib:

“İran xalqına və tibb işçilərinə və bu sahədə əməyi olanlara təşəkkür edirəm və bildirmək istəyirəm ki, İranın ilk dəfə bir hərbi peyki kosmosa uğurla gətirməsi də İranın gücünün və nüfuzunun artmasına səbəb oldu”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930